Qlobal Siyasi İqtisad: müasir nəzəriyyələr

Redaktor Ronen Palan
(azərbaycan dilində)

ISBN 9952-400-07-1

Kitabın nəşrini Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Translation Project) və «Məmmədli RH» şirkəti birgə maliyyələşdirib.

«Routledge» nəşriyyatı Taylor və Francis Group London və New York

Çapa imzalanıb: 05.08.2003, formatı 60x841/16, həcmi 12,5 fiz. ç.v, 300 səhifə, şriftin növü Arial AzLat, 70 q kağızda, «Əbilov, Zeynalov və oğulları» (Bakı, M. Qorki 43) mətbəəsində ofset üsulu ilə çap olunub. Tirajı 600 nüsxə.

Bakı – 2003

Kitabı çapa “Məmmədli RH” şirkəti hazırlayıb.

Kitabın 300 nüsxəsi müxtəlif təhsil ocaqları, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarına pulsuz olaraq paylanıb. Paylanan kitabların satışına yol verilmir

Kitabın pərakəndə satış qiyməti 13 min manatdır,  paytaxtın bir sıra kitab mağazalarında var. Onu əldə etmək istəyənlər həmçinin (050) 213-56-30 mobil telefonuna zəng edə bilərlər.


Mündəriсat

Şəkil və сədvəllərin siyahısı
Müəlliflər haqqında qeydlər
Bölmə redaktorlarının ön sözləri
İzahat
Abbreviaturalar
 

1.  Qlobal siyasi iqtisadda yeni сərəyanlar, RONEN PALAN

 l hissə
Qlobal siyasi iqtisadda əsas kateqoriyalar

2. Siyasi səhnədə strukturlaşma. Qloballaşan dünyada iсtimai əmtəələr, dövlətlər və idarəetmə, PHILIP G.GERNY
3.  Xariсi alyans kapitalizmi dövrundə iqtisadi fəaliyyətin təşkilatlanmasına dair yanaşmalar, RICHARD PHILLIPS
4.  Beynəlxalq nəzəriyyədə hakimiyyət anlayışının təhlilindən istifadə edilib-edilməməsi, STEFANO GUZZINI
5. Kapital yığımı: iqtisadi və siyasi dualizmin dağılması, СONATHAN NITZAN və SHIMSHON BICHLER
6. Əmək və IPE: insan amilinin yenidən kəşfi, ROBERT O'BRIEN
7.  Qloballaşma: сərəyan, yoxsa layihə?, PHILIP MCMICHAEL

ll hissə
Nəzəri innovasiya və müasir debatlar

8.  Oyun nəzəriyyəsi: beynəlxalq tiсarət, münaqişə və əməkdaşlıq, LISA С.CARLSON
9.  Yeni institusionalizm və beynəlxalq münasibətlər, HENDRIK SPRUYT
10.  Qloballaşma və tənzimləmə nəzəriyyələri, MICHAEL DUNFORD
11.  Transnasional tarixi materializm: transnasional sinfi formasiya nəzəriyyələri və dünya qaydası, HENK OVERBEEK
12. Nebbik mövсudluq: IPE-də sosioloci institusionalizmin lazımınсa qiymətləndirilməmiş iştirakı, ANNA LEANDER
13.  İnkişaf nəzəriyyəsində сərəyanlar, СAN NEDERVEEN PIETERSE
14.  Yeni beynəlxalq siyasi iqtisadın konstruktivist əsasları, RONEN PALAN
15.  Tarixi sosiologiya və qlobal transformasiya, MARTIN SHAW
16. Qlobal maraqlar daxilində qlobal ehtiraslar: postkolonial qaydamızda irq, сins və mədəniyyət, L.H.M.LING

İstifadə olunmuş ədəbiyyat
İndeks

Global Political Economy: Contemporary theories (in Azerbaijani)

Redaktordan

Əziz oxucular – iqtisadçı tələbələr, aspirantlar, magistrlər və müəllimlər! Bu kitab müasir dövrün aktual mövzularından biri haqqında – qlobal siyasi iqtisada dair müasir nəzəriyyələri əks etdirən 16 müxtəlif müəllif-ekspertin esselərinin toplusudur. Ronen Palanın redaktorluğu ilə ingilis dilində çapdan çıxmış və ilk dəfə azərbaycan dilinə tərcümə edilərək nəşr olunan bu toplu öz-özlüyündə unikal bir əsərdir.

Kitabı oxumaqla siz nələri öyrənmiş olacaqsınız:

- qlobal siyasi iqtisadla standart (klassik) siyasi iqtisad arasındakı fərqi;
- beynəlxalq münasibətlərlə qlobal siyasi iqtisadın fərqini;
- alyans kapitalizmini və beynəlxalq siyasi iqtisadı;
- beynəlxalq nəzəriyyə olaraq güc-hakimiyyət məsələsini;
- müasir dövrün kapital yığımını;
- klassik marksizmə qlobal siyasi iqtisad baxımından yanaşmanı;
- beynəlxalq siyasi iqtisad baxımından əməyin nə demək olduğunu;
- qloballaşmanın nə demək olduğunu;
- oyun nəzəriyyəsini;
- yeni institusionalizmi;
- transnasional tarixi materializmi;
- inkişaf nəzəriyyəsinin müasir cərəyanlarını;
- tarixi sosiologiya və qlobal transformasiyanı;
- cinsi münasibətlərlə qloballaşmanın əlaqəsini və s.

Kitabın qiymətli cəhətlərindən biri də onun müasir statistik cədvəllərlə təchiz olunmasıdır.

Kitabı başdan-axıradək oxuyanlar, yəqin, onun müəllif, tərcüməçi və redaktor subyektivliyinin də şahidi olacaqlar. Buna görə qabaqcadan rast gələ biləcəyiniz hər hansı səhvə görə üzr istəyirik. Yəqin bizimlə razılaşarsınız ki, bu qəbildən olan kitabı heç bir terminologiya vəsaiti olmadan ilk dəfə azərbaycan dilinə səhvsiz tərcümə etmək mümkün deyil.

Belə bir unikal toplunun azərbaycan dilinə tərcüməsini maliyyələşdirən Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna dərin təşəkkürümüzü bildiririk.

R.H.Məmmədli