"Gənc vətəndaşın pasportu" nədir?

İdeyası və konsensiyası ingiliscə nəşr olunmuş "Young Citizen's Pasport"
kitabından (müəllifi Toni Torpoo) götürülüb. Amma tamamilə Azərbaycanın
mənəviyyatına və mentalitetinə uyğunlaşdırılıb. 

Kitab Azərbaycan Təhsil Nazirliyi tərəfindən bəyənilib və ümumtəhsil
məktəblərində "İnsan və cəmiyyət", "Azərbaycan tarixi" və "Azərbaycan
Konstitusiyasinin əsasları" fənlərinə yardımçı vəsaiti kimi istifadə
olunması tövsiyyə olunub.

Kitab 11 böyük bölmədən - Həyat, Ev, Ailə, Məktəb, Əmək, Pul, Nəqliyyat,
Təhlükəsizlik, Qanun və Polis bolmələrindən ibarətdir. Bunlardan başqa kitabda
Sizin hüquq və statusunuz adlı bir daha gənclərin əsas hüquq və vəzifələri
sadalanmış kiçik Təmaslar adlı (bir cox hallar ücün müraciət
olunasi orqan və təşkilatların telefonları) bölmə də salınıb.

Kitabın sonunda Azərbaycanın "Uşaq Hüquqları Haqqında" və "BMT-nin Uşaq
Konvensiyası"ndan seçmələr verilib.

Kitabda 150-dən çox illüstrasiya və fotolarla və tam rəngli yüksək
keyfiyyətlə çap olunub.

İlk 5000 və sonrakı 7000 nüsxə Bakı və Sumqaytın orta məktəblərinə, kitabxanalara,
müəllim və şagirdlərə paylanıb. Kitabin 3-cü nəşri (2011) də 1500 tirajla çap olunaraq Təhsil nazirliyi tərəfindən eksperimental məktəblərə paylanıb.

Müəlliflərdən

Bizim bu kitabça hüquq ensiklopediyası olmasa da, gənclərin qanunların
ciddi, mürəkkəb və maraqlı dünyasına səyyahətinə onun müəyyən mənada,
yardım gostərəcəyinə əminik. Kitabda yazılanlar adi, elementar və
gündəlik hadisələrdir. 

Insan övladı doğuldugu gündən, axır nəfəsinədək qanunla təmasda olur.
Qanunla həmişə bağlıyıq. O, bütün həyatımız boyu yaranan müxtəlif
münasibətləri tənzimləyir. Düzdür, qanunun varlığını yalnız qanundan
"yan kecmək" istəyəndə və həmin hərəkətə görə, məsuliyyətə cəlb olunanda
hiss edirik. Onda isə cox zaman artıq gec olur. Azərbaycan atalar sözü burada
daha yerinə düşür: "sonrakı peşmancılıq fayda verməz". Çoxumuz yalnız qanunla
üzləşəndə, "belə olacagını bilsəydim başqa cür hərəkət edərdim", deyir.
Ona görə də qanunları qabaqcadan öyrənin, onlar yalnız ilk baxışdan sönük və
cansıxıcı görünür. Əslində isə bir o qədər də maraqsız deyillər.
Bir dəfə yiyələndiyiniz qanun cətin bir də yadınızdan cıxsın.

Kitabın yaranmasının birbaşa səbəbkarı və sponsoru "Acıq Cəmiyyət Institutu
- Azərbaycan"a, institutun əlaqələndiricisi Elmina Kazımzadəyə böyük
təşəkkürümüzü bildiririk. Bizə yardımçı olmuş "Advokat Servis" hüquq
firmasının baş direktoru İntiqam Əliyevə, Azərbaycan Nəqliyyat
prokurorluğu istintaq şöbəsinin rəisi Ənvər Həmidova da minnətdarıq.

YADDA SAXLAYIN!

Qanun - birmənalı və sərt vasitə olduğundan, heç də həmişə insanın zərif
münasibətlər sisteminə müdaxilə və gündəlik problemlərini həll edə bilmir.
Hətta bəzən işə zərər vurur, adamı cıxılmaz vəziyyətə salır. Ona görə,
qarşılıqlı güzəştə getməyə calışın. Yadda saxlayın ki, haqlı olduğunuza nə
qədər əmin olsaz da, hər adamın oz "həqiqəti" var. Çalışın razılaşmadıgınız
kimsənin baxışlarını anlayasınız. Bəlkə də onda, hüquqşünaslara müraciət
etmək zərurəti qalmaz.

Bütün arzu təkliflərinizi mammadli@yahoo.com elektron poct ünvanına yollaya bilərsiniz.

"Pasport"un 3-cü nəşri qanunvericiliyin 2010-cu il yanvarın 1-nə olan bazasından istifadə olunub.

Müəlliflər - Rafiq Hümbət oğlu Məmmədli, "Mammadli" şirkətinin direktoru.
                        Nailə Səyavuş qızı Təbrizli (Bağırova)
Konsepsiya - Andrew Phillips, "Citizenshir Foundation" təşkilatının sədri.
Rəssam - Əjdər
Tərtibatcı - Allahverdi Kərimov
Redaktor - Afaq Əfəndiyeva
Korrektor - Kəmalə Cəfərova

Kitabı capa "Mammadli" şirkəti http://www.mammadli,az/ hazırlayıb.
Bütün müəllif hüquqları saxlanır. Müəlliflərin razılıgı olmadan kitabın tam
və ya hissə-hissə təzədən capı və başqa yolla yayılması yolverilməzdir.

1-ci nəşr "Maarif" nəşriyyatının qrifi ilə "Print Technology" mətbəəsində cap olunub,
tiraj 5000 nüsxə. 2-ci nəşr Türkiyənin Ankara şəhərində "Nurol" mətbəsində 7000
tirajla cap olunub. 2-ci nəşrin sponsoru Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir (ABƏŞ). 3-cü nəşr "Kitab Klub" nəşriyyatı tərəfindən çap olunub. Sponsoru Azərbaycan Təhsil nazirliyidir.
ISBN 9952-400-01-02